Elan18 Sentyabr 20252 dəqiqəlik oxu
“Regional” BOKT MMC Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzv qəbul edildi
“Regional” BOKT MMC 18 sentyabr 2025-ci il tarixindən etibarən Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) rəsmi üzvü seçilmişdir.
AMFA-ya üzvlük təşkilatın mikromaliyyə və qeyri-bank kredit sektorunda mütərəqqi beynəlxalq təcrübələrin, şəffaf idarəetmə prinsiplərinin və müştəriyönümlü xidmət standartlarının tətbiqinə təkan verir.
Təşkilat assosiasiya çərçivəsində maliyyə inklüzivliyinin artırılması, regionlarda sahibkarlığın və vətəndaşların mikromaliyyə resurslarına əlçatanlığının genişləndirilməsi istiqamətində tərəfdaşlıq fəaliyyətini davam etdirir.
Mənbə:AMFA / Regional BOKT
Mənbəyə keçid